Winamp Logo
Phd Söhbətlər Cover
Phd Söhbətlər Profile

Phd Söhbətlər

Azerbaijani, Education, 1 season, 9 episodes, 5 hours, 4 minutes
About
PhD nədir? Niyə və necə edilir? Edənlər nə deyir? Bunlar və daha çoğu barədə söhbət edirik.
Episode Artwork

PhD Söhbətlər E09

Yeni təhsil ilinin başlanmasına az qalıb. Əgər siz də korporativ işinizdə qalmaq və ya akademiyaya qayıdıb PhD etmək arasında qalmısınızsa bu söhbət sizin üçündür. Səbuhi Xəlili Azərbaycan Təhsil Nazirliyinin təqaüdü ilə Barselonada maliyyə və suni intellekt sahələrinin kəsişməsində araşdırma aparır. Səbuhiyə suallarınızı kommentlərdə göndərməyi unutmayın.
8/20/202339 minutes, 23 seconds
Episode Artwork

PhD Söhbətlər E08

Həm futbolu həm də araşdırma etməyi sevirsən? Hər iki marağını birgə yeridə bilmək istərdin ancaq necə edəcəyini bilmirsən? Bu həftəki qonağım Əhməd məhz bunu bacarıb! İdman idarəetməsi sahəsində oxumaq və araşdırma etmək istəyənlərə xüsusilə maraqlı olacaq buraxılışımız burdadır! Buyurun! :)
6/4/202334 minutes, 6 seconds
Episode Artwork

PhD Söhbətlər E07

Kariyerasının iləriləyən illərində PhD təhsili almaq, ara verib yenidən davam etmək, təhsil boyu üniversitet dəyişmək istəyənlər yaxın otursun. Bu həftə Laplandiya Universitetində PhD təhsilini davam edən Raziyə İsayeva ilə həm ənənəvi suallarımıza həm də sizdən gələn suallara cavab verdik. Bizi İnstagram-dan və YouTube-dan da izləyə bilərsiniz!
5/6/202331 minutes, 1 second
Episode Artwork

PhD Söhbətlər E06

Bu həftə tokioda1qiz-dan tanıdığınız Pərvin Rəhimli ilə söhbətləşdik. Pərvin Tokyoda Waseda Universitetində sülh və konfliktalogiya üzrə PhD təhsili alır. Onunla PhD-dən əvvəl nəzərə almalı olduğunuz vacib məqamlar, Yaponiyada həyat və bir çox başqa mövzulara toxunduq.
4/23/202338 minutes, 2 seconds
Episode Artwork

PhD Söhbətlər E05

İqtisadiyyat üzrə elmi dərəcəsini yenicə əlinə almış Dr.Ibrahim Niftiyevlə bu həftə Azərbaycandakı iqtisadi araşdırmalar ekosistemindən iqtisadi təhsilə, PhD təhsili boyunca üzləşdiyi çətinliklərdən elmi rəhbər seçiminə dək bir sıra mövzularda söhbət etdik. Siz də maraqlıdırsa, qoşulun :)
4/9/202329 minutes, 54 seconds
Episode Artwork

PhD Söhbətlər E04

Bu həftə Polşada dayanıqlı inkişaf və sahibkarlıq üzrə doktorantura təhsili alan Mahmudla maraqlı söhbət etdik. Gənc elmi işçi olan Mahmudun hər iki sahə ilə bağlı dinləmək istəyəcəyiniz fikirləri var. Buyurun :)
3/26/202331 minutes, 57 seconds
Episode Artwork

PhD Söhbətlər E03

Estoniyada qida elmləri üzrə PhD edən Laçınxanımla Talinndə həyat, akademik həyatdan gözləntilər, mental sağlamlıq və bir çox digər mövzularda söhbətləşdik. Əgər Avropada təhsil alır və sosiallaşmağa ehtiyac duyursunuzsa Erasmus Tələbə Şəbəkəsini müxtəlif tədbirlərə və dostluqlara çıxış üçün istifadə edə bilərsiniz. İndi bizi həm də Instagram və Youtube-dan da izləyə bilərsiniz!
3/12/202325 minutes, 45 seconds
Episode Artwork

PhD Söhbətlər E01

Salam! :) Uğurlu korporativ kariyeradan sonra tələbə olmaq necədir? Körpə ilə PhD etmək olur? "Nerd" deyiləmsə akademiyada uğur qazana biləcəm? Bu və digər mövzularda Nərmin Axundova ilə söhbət etdik.  
2/26/202332 minutes, 58 seconds