Winamp Logo
Söhbətgah Cover
Söhbətgah Profile

Söhbətgah

Azerbaijani, Social, 4 seasons, 296 episodes, 5 days, 22 hours, 56 minutes
About
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Episode Artwork

Müslüm Maqomayev haqqında ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah

Bu dəfə Ayaz İlyasov görkəmli sənətkar Müslüm Maqomayev haqqında ən maraqlı 10 faktı təqdim edir.
8/16/202212 minutes, 20 seconds
Episode Artwork

Türkiyə blogerlərini o məşhur edib | Əfqan Rəsulov | Söhbətgah | 1-ci mövsümün sonu

"Söhbətgah Türkiyə" podkast seriyasında bu dəfə Türkiyədə çox məşhur olan, oradakı blogerlərin tanınmasında rolu olmuş “Acunmedya Akademi”nin CMO-su və “YouTube” sertifikatlı mütəxəssis Əfqan Rəsulovla söhbətləşdik.Bu, "Söhbətgah" podkast seriyasının 1-ci mövsümünün sonu oldu. Mövsüm boyu bizimlə bərabər olduğunuza görə təşəkkür edirik.
7/31/20221 hour, 4 minutes, 18 seconds
Episode Artwork

Sivilizasiyaların toqquşması | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah

"Libraff"ın dəstəyilə mövsümün son "Bu kitabı niyə oxumalıyıq?" buraxılışında Tural Yusifov və Ali Khayyam Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" kitabını müzakirə etdilər. Dünya xalqlarının qarşılıqlı mədəni əlaqələrindən və sivilizasiyaların qlobal miqyasda siyasətə təsir gücündən danışdılar.
7/31/202234 minutes, 34 seconds
Episode Artwork

Necə poliqlot olmaq olar? | 9 dil bilən Aslan Məmmədzadə | Söhbətgah

Bu dəfə Tural Yusifov və Ali Khayyam "Söhbətgah"da 9 dil bilən poliqlot Aslan Məmmədzadə ilə söhbət etdilər. Hər kəs ingilis dili öyrənə bilərmi? Eyni anda müxtəlif dilləri öyrənmək mümkündür? Poliqlot olmaq üçün nə etmək lazımdır?
7/27/20221 hour, 3 minutes, 27 seconds
Episode Artwork

İblislərlə dolu dünya elmin şam işığında | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah

Bu dəfə "Libraff"ın dəstəyilə "Bu kitabı niyə oxumalıyıq" rubrikasında Tural Yusifov və Ali Khayyam Karl Saqanın "İblislərlə dolu dünya elmin şam işığında" kitabını müzakirə etdilər. Populyar elmin psevdoelmə qarşı mübarizəsindən, "Böyük Partlayış" nəzəriyyəsindən bəhs edərək əsrarəngiz kainatın kəşfinə çıxdılar.
7/27/202227 minutes, 20 seconds
Episode Artwork

Qorxu nədir? | Ekstrim blogerlik | Fuad Tağı | Söhbətgah

Bu dəfə "Söhbətgah"da Tural Yusifov və Ali Khayyamın qonağı ekstrim blogeri Fuad Tağı oldu. Onunla qorxu və ekstrim anlayışından, rəqəmsal sektorun biznesə təsirindən və data analitikasından danışdılar💙💚
7/21/20221 hour, 21 minutes, 49 seconds
Episode Artwork

Qarabağ xanlığı haqqında bilmədiyiniz ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah

Bu dəfə Ayaz İlyasov Qarabağ xanlığının tarixinə nəzər salır. Amma bilmədiyimiz 10 ən maraqlı faktla.
7/16/202211 minutes, 16 seconds
Episode Artwork

Hər şeyin satıldığı mağaza Amazon erası | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah

Tural Yusifov və Ali Khayyam bu dəfə "Amazon" şirkətinin qurucusu Ceff Bezosun fəaliyyəti və uğurlarından bəhs edən "Hər şeyin satıldığı mağaza" kitabını müzakirə etdilər.Ölkəmizdə biznesə innovasiyalar təqdim edə bilən beyinlərin azlığı, uğurlu bizneslərin fəaliyyət sirləri və "Amazon"dakı korporativ mədəniyyət haqqında danışdılar.
7/16/202228 minutes, 21 seconds
Episode Artwork

Dəyər nədir? | Nələr bizə dəyər qatır? | Bizi dəyərli edən nədir? | Söhbətgah | Münasibət

Bu dəfə "Münasibət"də dəyərlərdən danışırıq. Ali Khayyam və Tural Yusifov dəyərdən, bizə dəyər qatan işlərlə məşğul olmaqdan, bizi dəyərli edən məsələlərdən danışdılar.
7/16/20221 hour, 24 minutes, 44 seconds
Episode Artwork

Elm bizdə niyə populyar deyil? | Elçin Abbasov və İnteraktiv Elm Muzeyi | Söhbətgah

Bu dəfə Tural Yusifov və Ali Khayyam "Söhbətgah"ı Elçin Abbasovun "İnteraktiv Elm Muzeyi"nə daşıdı. Bizdə elm niyə populyar deyil? Təhsildə nələr dəyişməlidir? Bu kimi sualların cavabını tapmağa çalışdılar."İnteraktiv Elm Muzeyi" "Hədəf liseyi"nin təsisçisi Şəmil Sadiqin, Pedoqoji Universitetdə yaradılmış muzey isə fizika fakültəsinin dekanı Arzu Daşdəmirovun dəstəyilə yaradılıb.
7/16/20221 hour, 12 minutes, 48 seconds
Episode Artwork

İradə Gücünün İnstinkti | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah

Tural Yusifov və Ali Khayyam bu dəfə çox vacib bir mövzuya, "iradə" mövzusuna toxundular. İnsan öz iradəsini necə idarə etməlidir? İradə təkamül prosesində necə formalaşdı? Qida və idmanı necə tənzimləmək lazımdır? Bütün bu sualların cavabını "İradə gücünün instinkti" kitabında oxuyub müzakirə etdilər.
7/9/202240 minutes, 32 seconds
Episode Artwork

Bizi izləyirlər? | Rəqəmsal viruslardan qorunmaq mümkündür? | Müşviq Məmmədov | Söhbətgah

Bu dəfə Tural Yusifov və Ali Khayyam kibertəhlükəsizlikdən daha geniş və ətraflı danışdılar. Onların qonağı olan "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov rəqəmsal viruslar, bankdakı pulumuzun qorunması və bir çox təhlükəsizlik qaydalarından danışdı.
7/3/20221 hour, 32 minutes, 13 seconds
Episode Artwork

Yaradıcı düşünmə sənəti | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah

Tural Yusifov və Ali Khayyam bu dəfə Rod Cadkinsin "Yaradıcı düşünmə sənəti" kitabını incələdilər. "Libraff" kitab evindən ala biləcəyiniz bu kitab yaradıcı bir işlə məşğul olan, düşüncə tərzini dəyişmək istəyən şəxslər üçün stolüstü bir kitab sayıla bilər.
7/2/202233 minutes, 48 seconds
Episode Artwork

Müsbət və mənfi nədir? | Neqativ durumdan pozitivə keçid | Münasibət | Söhbətgah

Bu dəfə Tural Yusifov və Ali Khayyam neqativdən və pozitivdən, mənfi düşüncələrdən, olduğun mühitdə onu xeyrinə necə dəyişə biləcəyindən və cəmiyyətimizin problemlərindən danışdılar.
7/2/20221 hour, 47 minutes, 30 seconds
Episode Artwork

Sinan Cananla yenidən görüşdük | Beynimiz necə işləyir? | Atatürkü fərqli edən nədir?

Ali Khayyam və Tural Yusifov Bakıya seminara gəlmiş "Açık Beyin" kanalının yaradıcılarından Sinan Cananla söhbətləşmək fürsətini qaçırmadılar. Nəticədə, çox maraqlı suallarla müzakirə alındı.İnsanın beyni necə çalışır? Verdiyimiz qərarlarda beynimizin rolu. Biz beynimizi, yoxsa beynimiz bizi idarə edir? Bu sualların cavabını tapmağa çalışdılar.
6/27/20221 hour, 7 minutes, 40 seconds
Episode Artwork

M.Ə.Rəsulzadə "Məktublar | Şəfibəyçilik" kitabı nəyi öyrədir? | Bu kitabı niyə oxumalıyıq?

Dj.Tural və Əli Xəyyam "Bu kitabı niyə oxumalıyam?" rubrikasında M.Ə.Rəsulzadənin məktubları və məqalələrindən ibarət kitabı incələdilər. Bu kitab bəlkə də bu günümüzün reallığına güzgüdür. Sovet işğalından sonra mühacirlərin həyatının necə keçdiyinin nümunəsidir.
6/25/202231 minutes
Episode Artwork

Təhsil nədir? | Təhsilimiz necə olmalıdır | Söhbətgah | Münasibət

Təhsil necə olmalıdır? Bizim təhsilimiz hara gedir? Bizim təhsilimizi nə xilas edə bilər? Bəs siz təhsilimiz haqqında nə düşünürsünüz?
6/25/20221 hour, 6 minutes, 14 seconds
Episode Artwork

Özgür Baykut | İnsanı yaşadan nədir? | Söhbətgah

"Söhbətgah"da bir qonağın ikinci dəfə qonaq olmaq təcrübəsini Özgür Baykutla yaşadıq. Bu dəfə Dj.Tural və Əli Xəyyam, Özgür Baykutun yeni kitabı, itlərin insanlardan daha sədaqətli olması və insanı yaşadan əsas məsələlərdən danışdılar.
6/25/202252 minutes, 46 seconds
Episode Artwork

Evini də sahmana sal, həyatını da | Səliqəli həyat necə olur? | Bu kitabı niyə oxumalıyıq?

Bu dəfə Tural Yusifov və Ali Khayyam "Libraff"ın təqdimatında Mari Kondonun "Evini də sahmana sal, həyatını da" kitabını müzakirə etdilər. Həyatımızın sahmanı ilə evimizin sahmanı arasında əlaqə, səliqə nədir və səliqəli olmaq nədir suallarına cavab tapmağa çalışdılar.
6/18/202229 minutes, 8 seconds
Episode Artwork

Qış müharibəsi | Hitler Bakını xilas etdi | Bu Belə Olub #2 | Söhbətgah

Bu dəfə Ayaz İlyasov "Bu Belə Olub" tarixi podkastında "Qış müharibəsi"ndən danışacaq. Stalinin Finlandiyanı işğal etmək cəhdi, Hitlerin Bakını xilas etməsi və finlərin az ordu ilə milyonluq Sovet ordusuna qarşı güclü dirənişi.
6/14/202228 minutes, 42 seconds
Episode Artwork

Tarix bizə nə öyrədir? | Emrah Safa Gürkan | Əzbərə yaşayanlar | Sohbetgah Türkiye

Bu dəfə "Sohbetgah Türkiye"də Ali Khayyam və Tural Yusifovun qonağı məşhur tarixçi Emrah Safa Gürkan oldu. Onunla tarixdən, şəxsi inkişafdan, tarixin bizə nələri öyrətməsindən danışdıq.
6/13/20221 hour, 7 minutes, 11 seconds
Episode Artwork

"Bir şey" | Bu kitabı niyə oxumalıyıq? | Söhbətgah | Libraff

Ali Khayyam və Tural Yusifov çox maraqlı bir kitabı birlikdə müzakirə etdilər. Qari Keller və Cey Papazanın "Bir şey" kitabı sizə əsas bir şeyi tapmaqda kömək edəcək.
6/10/202234 minutes, 48 seconds
Episode Artwork

Kibertəhlükəsizlik | Bizi harada, necə və kim izləyir? | Vüsal Salmanlı | Söhbətgah

Bu dəfə Ali Khayyam və Tural Yusifov kibertəhlükəsizlik konsultantı Vüsal Salmanlı ilə kibertəhlükəsizlikdən danışdılar. Görəsən bizi kimlər, harada və necə izləyir? Smartfonumuzla haralara məlumat ötürürük?
6/6/202256 minutes, 12 seconds
Episode Artwork

Silahlar, Mikroblar və Polad | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Tural Yusifov və Ali Khayyam bəşər tarixini anlamaq üçün ciddi bir bünövrəni, "Silahlar, Mikroblar və Polad" kitabını müzakirə etdilər. Həm tarix, həm fəlsəfə, həm də fərqli yanaşmaların olduğu bir söhbət oldu.
6/4/202236 minutes, 57 seconds
Episode Artwork

Biz niyə intihar edirik? | Ölümün adiləşməsi | Valideyn və övlad | Psixoloq Mələk Kərimova

Bu dəfə Tural Yusifov və Ali Khayyam psixoloq Mələk Kərimova ilə intihardan danışdılar.Biz niyə intihar edirik? Ölümün adiləşməsi, valideyn və övlad münasibətləri, intihara gedən yol və bu kimi məsələləri müzakirə etdilər.
5/30/202254 minutes, 37 seconds
Episode Artwork

Müsəlmanlar nədə səhvə yol verdi? | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Bu dəfə Ali Khayyam və Tural Yusifov "Bu kitabı niyə oxumalıyam?" rubrikasında "Müsəlmanlar nədə səhvə yol verdi?" kitabını müzakirə etdilər.
5/27/202239 minutes, 25 seconds
Episode Artwork

Azərbaycan Xalq Cümhuriyyəti haqqında bilmədiyiniz ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah

Bu dəfə yeni bir rubrikanı təqdim edirik. Sakit Redaktor Ayaz İlyasov "Bu belə olub" rubrikasının ilk buraxılışını AXC-yə həsr edib. Azərbaycan Xalq Cümhuriyyəti haqqında bilmədiyiniz 10 ən maraqlı faktdan danışır.
5/26/202215 minutes, 44 seconds
Episode Artwork

İşləmək nədir? | Öz biznesini qurmaq | Liderlik nədir? | Münasibət #20 | Söhbətgah

Bu dəfə Ali Khayyam və Tural Yusifov işləməkdən, öz üzərində işləmək, öz işini qurmaq, liderlik və biznes qurmaqdan danışdılar.
5/26/20221 hour, 14 minutes, 24 seconds
Episode Artwork

Milyardlıq startapı necə qurmaq olar? | Hamı ABŞ-yə niyə can atır? | Fərid İsmayılzadə

Söhbətgah-da bu dəfə Ali Khayyam və Tural Yusifov "GoldenPay"in təsisçisi Fərid İsmayılzadə ilə milyardlıq startaplardan, özünüdərkdən, hamının ABŞ-yə niyə can atmasından danışdılar.
5/24/20221 hour, 4 minutes, 27 seconds
Episode Artwork

Özü-sözü gözəl uşaq | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Bu dəfə Teas Press-in nəşr etdiyi "Özü-sözü gözəl uşaq" kitabı haqqında danışdıq. Uşaqlar niyə qəzəblənir? Niyə oğurluq edir, ya da zalım olurlar? Necə edək ki, gülsünlər? Necə edək ki, özlərini xoşbəxt hiss etsinlər? Biz özümüzü necə dəyişək ki, onlar da dəyişsinlər?
5/24/202228 minutes, 53 seconds
Episode Artwork

Oytun Erbaş | Hamımızda autizm var | Linçləmə haqqında | Söhbətgah Türkiyə

Tural Yusifov və Ali Khayyam-ın "Sohbetgah Türkiye" podkast seriyasında bu dəfə qonaqları Oytun Erbaş oldu. Onunla autizmdən, sağlamlıqdan, linçlərdən və gördüyü işlərdən danışdılar.
5/19/20221 hour, 2 minutes, 38 seconds
Episode Artwork

Fərqlilər | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Bu dəfə "Fərqlilər"i seçdik. Tariximizi bilmək niyə vacibdir? O vaciblik qədər onu sadə dillə və maraqlı formada çatdırmaq da böyük işdir. "Fərqlilər" kitabı bu işin öhdəsindən gəlib.
5/18/202229 minutes, 5 seconds
Episode Artwork

Komfort zonası nədir? | Komfort zonasına daxil olmaq, yoxsa oradan çıxmaq? | Münasibət

Bu dəfə Tural Yusifov və Ali Khayyam komfort zonasından danışdılar. Komfort zonasına daxil olmaq, yoxsa o zonadan çıxmaqmı lazımdır? Bəlkə komfort zonası yoxdur və pis vərdişlərin zonası var?
5/17/20221 hour, 49 minutes, 58 seconds
Episode Artwork

Meditasiya nədir? | Meditasiya nəyimizə lazımdır? | Könül Cəlil | Söhbətgah

Bu dəfə Tural Yusifov və Əli Xəyyam Könül Cəlil ilə meditasiyadan danışdılar💙💚Meditasiya nədir?Xoşbəxtlik nədir?Niyə meditasiya etmləiyik?Bu suallara cavab axtardıq. Bəs siz meditasiya edirsinizmi?
5/8/20221 hour, 6 minutes, 27 seconds
Episode Artwork

Etibar Əsədli | Azərbaycanda caz təhsili niyə yoxdur? | Bayağı musiqi nədir? | Söhbətgah

Əli Xəyyam və Tural Yusifov bu dəfə məşhur bəstəkar, mikrotonal pionuçu və prodüser Etibar Əsədli ilə müsahibə etdilər.💡Azərbaycanda caz təhsili niyə yoxdur? Bayağı musiqi nədir? Azərbaycanda klub mədəniyyəti və digər maraqlı mövzularda söhbət etdilər. Siz də fikirlərinizi şərhlərdə yazın, müzakirə edək.
5/1/20221 hour, 34 minutes, 32 seconds
Episode Artwork

Övladlığa götürmək çətindir? | Övladlığagötürməninn şərtləri | Söhbətgah

Bu dəfə Tural Yusifov və Əli Xəyyam övladlığa götürmədən danışdılar. Övladlığa götürmək çətindir? Övladlığa götürməninn şərtləri nədir? Övladgötürmə zamanı valideynlərdə nələrə diqqət edilir? Övladlığa götürmə zamanı hansı çətinliklər var? Nə zaman övladlığa götürmədən imtina edilə bilər? Azərbaycanda neçə uşağın valideynə ehtiyacı var?Bütün bu və digər suallar ətrafında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyevlə söhbətləşdilər.
4/24/20221 hour, 13 minutes, 55 seconds
Episode Artwork

Cəld və Yavaş Düşünmək | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Qərarlarımızı necə veririk? Niyə başqaları haqqında qeybət edirik? Çünki başqalarının səhvlərini müzakirə etmək özümüzü mühakimə etməkdən daha rahatdır. Bu dəfə nobel mükafatlı Daniel Kanemanın kitabını müzakirə etdik💚💙
4/22/202226 minutes, 27 seconds
Episode Artwork

Biz niyə nifrət edirik? | Gecə klubundakı partlayışa münasibətə "münasibət" | Söhbətgah

Bugünlərdə Bakı şəhərində gecə klublarının birində qaz balonunun partlaması nəticəsində insan itkisi ilə nəticələnən partlayış baş verdi. Ali Khayyam və Tural Yusifov bu partlayışa münasibətə münasibət bildirdilər.
4/22/20221 hour, 6 minutes, 45 seconds
Episode Artwork

Sinan Canan | Beyin və düşüncə gücü | İnsanı güclü edən nədir?

"Sohbatgah Türkiye"nin podkastlarında bu dəfə qonağımız məşhur fizioloq Sinan Canan oldu. Bu dəfə onunla beyin gücündən, düşüncənin formalaşmasından, inanclardan danışdıq. "İnsanı güclü edən nədir?" - bu sualın cavabını tapmağa çalışdıq.
4/17/202251 minutes, 51 seconds
Episode Artwork

Necə ölməməli | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah

Bu dəfə sağlamlıqdan danışdıq. Nələr yeməli, nələrdən imtina etməliyik? Miqdarları necə müəyyən etməliyik? Şəkərin bizə vurduğu ziyanlar nədir? Necə edək ki, uşaqlar daha sağlam böyüsün?
4/17/202234 minutes, 5 seconds
Episode Artwork

Şans oyunu nədir? | Şans nədir? | Söhbətgah | Münasibət

Bu dəfə Tural Yusifov və Ali Khayyam şansa və şans oyunlarına münasibət bildirdilər. Niyə hamı oynayır, niyə kimlərsə əziyyətsiz pul qazanmaq istəyir? İnsanlar qazanmaqla nəyi isbat etmək istəyir? Ailə tərbiyəsi və dəstəyi harda lazım olacaq?
4/17/20221 hour, 39 minutes, 7 seconds
Episode Artwork

İlham Qasımov | "Cırtdan şou" böyüklər üçündür | Mədəniyyət və həyat tərzi

Bu dəfə Tural Yusifov və Ali Khayyam-ın qonağı rejissor İlham Qasımov oldu. Onunla müxtəlif mövzularda söhbət etdik. Bu bizim ən uzun müsahibəmiz oldu.
4/15/20221 hour, 29 minutes, 14 seconds
Episode Artwork

Mifin Qısa Tarixi | Bu kitabı niyə oxumalıyıq? | Libraff

Bu dəfə "Söhbətgah"da "Bu kitabı niyə oxumalyıq?" rubrikasında Əli və Tural "Mifin Qısa Tarixi" kitabından danışdılar. Mif nədir? Mif hansı suallara cavab verir? Mifin tarixi haradan gəlir və müasir həyatımıza necə təsir?
4/11/202226 minutes, 31 seconds
Episode Artwork

Axundzadə niyə dahidir? | Əlifba dəyişikliyi və dramaturgiya | Söhbətgah

"Niyə dahidir?" buraxılışının ikinci sayı Axundzadəyə həsr edilib.
4/8/202255 minutes, 18 seconds
Episode Artwork

Dizayn və biz | Dizayner necə ola bilərik? | Aqşin Rəcəbov | Söhbətgah

Bu dəfə Ali Khayyam və Tural Yusifov dizayndan danışdılar. Qonaqları Aqşin @Electronic Arts şirkəti ilə çalışır. Uzun müddət müxtəlif şirkətlərlə əməkdaşlıq edən Aqşin öz təcrübəsini bölüşdü, motivasiya və dizayn fəlsəfəsindən danışdı.
4/7/20221 hour, 21 minutes, 14 seconds
Episode Artwork

"Azərbaycan Gündəliyi" kitabı | Tomas Qoltz | Libraff | Bu kitabı niyə oxumalıyam?

Qarşılayın, yeni buraxılışımız var. Artıq hər həftənin beşinci günü ən sevimli kitablarımızı "Libraff"ın təqdimatında sizlərlə müzakirə edəcəyik. Kitab bizim ən vacib qidamızdır və öz növbəmizdə nələri həzm etdiyimizə diqqət edib sizlərlə bölüşürük.
4/1/202227 minutes, 23 seconds
Episode Artwork

Empatiya nədir? | Niyə empat ola bilmirik? | Söhbətgah | Münasibət

Bu dəfə Ali Khayyam və Dj Tural empatiyadan söhbət açdılar. Empat necə ola bilərik? Biz ətrafımızda olan insanları başa düşə və özümüzü onların yerinə qoya bilirikmi?💡Bu "Münasibət" haqqında fikirlərinizi bölüşə bilərsiniz.
3/31/20221 hour, 5 minutes, 10 seconds
Episode Artwork

Qadınlar biznesdə | Tatyana Mikayılova | Təhsil | Tərbiyə | Azərbaycanda qadın

"Aura Azerbaijan"ın dəstəyi ilə #Azərbaycandaqadın rubrikasında bu dəfə iş qadını Tatyana Mikayılova ilə söhbətləşdik.Düzdür, kameralarımızdan biri bizi pis vəziyyətdə qoysa da, bu söhbət çox maraqlı olduğundan mümkün vasitələrdən istifadə edərək onu sizinlə bölüşürük.Söhbətimiz haqqında fikirlərinizi mütləq şərhlərdə bölüşün. Bu videonu sosial şəbəkələrdə paylaşın ki, qadınlar, hətta kişilər üçün də motivasiya olsun.
3/31/20221 hour, 24 minutes, 36 seconds
Episode Artwork

Samir Sadıxov | Dizayn, sənət seçimi, feminizm, Azərbaycanda avtomobil istehsalı | Söhbətgah

"Söhbətgah"da bu dəfə @alikhayyam və @dj.tural-ın qonağı məşhur avtomobil dizayneri Samir Sadıxovdur. Bu zamana qədər etdiyimiz ən uzun müsahibədir💡
3/21/20221 hour, 53 minutes, 43 seconds
Episode Artwork

Real həyatımız necə olacaq? | Metaverse nələri əvəz edəcək? | Vaqif Abbasov | Söhbətgah

Bu dəfə "Söhbətgah"da Əli Xəyyam və Tural Yusifov Metaverse-dən danışdılar. Həyatımıza təsiri, real həyatımızın formalaşdırılması və rəqəmsal dünyanın real həyatı əvəz etməsindən bəhs etdik. Qonağımız Vaqif Abbasov bu barədə maraqlı fikirlərə sahibdir. Siz də şərhlərdə rəqəmsal həyat, metaverse haqqında nə düşünürsünüz yazın.
3/13/20221 hour, 27 minutes, 20 seconds
Episode Artwork

Celal Şengör | Elm nədir? | Təhsil necə inkişaf etməlidir? | Rusiya və biz | Söhbətgah

#SöhbətgahTürkiyə-nin ilk qonağı Celal Şengör oldu. Ali Khayyam və Dj.Tural Cəlal Şəngörün qarşısında bir qədər həyəcanlı olsalar da maraqlı söhbət edə bildilər. Siz də bu söhbət haqqında fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz💚💙📢Bizə Patreon-dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: https://www.patreon.com/sohbetgah👋Söhbətgaha abunə olun: http://www.youtube.com/channel/UCxuyFnVvj53XOrLDXbU4vLQ?sub_confirmation=1İstinadlar:Nisbilik nəzəriyyəsi: https://az.wikipedia.org/wiki/Nisbilik_nəzəriyyəsiCeyms Maksvell: https://az.wikipedia.org/wiki/Ceyms_MaksvellVerner Heyzenberq: https://az.wikipedia.org/wiki/Verner_HeyzenberqErvin Şrödinger: https://az.wikipedia.org/wiki/Ervin_ŞrödingerRudolf Nuriyev: https://az.wikipedia.org/wiki/Rudolf_NuriyevSergey Raxmaninov: https://az.wikipedia.org/wiki/Sergey_RaxmaninovYermak Timofeyeviç: https://az.wikipedia.org/wiki/YermakI Pyotr: https://az.wikipedia.org/wiki/I_PyotrLeonard Eyler: https://az.wikipedia.org/wiki/Leonard_EylerDahi Diktatör (kitab): https://www.goodreads.com/book/show/23592682-dahi-diktat-rThe Life Of Jesus Critically Examined (kitab): https://www.goodreads.com/book/show/1185134.The_Life_Of_Jesus_Critically_ExaminedPascal'ın Bahsi: https://tr.wikipedia.org/wiki/Pascal'ın_BahsiDen Syaopin: https://az.wikipedia.org/wiki/Den_SyaopinMehmed Fuad Köprülü: https://az.wikipedia.org/wiki/Mehmed_Fuad_KöprülüMalleus Maleficarum (kitab): https://en.wikipedia.org/wiki/Malleus_MaleficarumƏbdus Salam: https://az.wikipedia.org/wiki/Əbdus_SalamConjectures and Refutations (kitab): https://www.goodreads.com/book/show/61554.Conjectures_and_RefutationsHistory of Western Philosophy (kitab): https://www.goodreads.com/book/show/31796.History_of_Western_PhilosophyAleksandr Borodin: https://az.wikipedia.org/wiki/Aleksandr_BorodinNewton Neden Türk Değildi? (kitab): https://www.goodreads.com/book/show/27823243-newton-neden-t-rk-de-ildiCarl Orff: Carmina Burana: https://www.youtube.com/watch?v=QEllLECo4OMInstagram: https://www.instagram.com/sohbatgah/Facebook: https://www.facebook.com/sohbatgah00:00 - Intro00:12 - Salamlama01:16 - Uşaqlar oxumağa hardan başlamalıdır?02:48 - Bəs böyüklər hardan başlamalıdır?12:12 - Dünyadakı təhsil hara gedir və Türkiyə bu yolun harasındadır?26:10 - Sübutlar inancları niyə dəyişdirə bilmir?34:51 - Humanizm yeni bir din ola bilərmi?35:50 - Yeni bir Atatürk yetişdə bilərikmi?39:35 - Kitab oxumağa nə qədər zaman ayırırsınız?41:17 - Bir şeyin elmi olduğunu necə başa düşə bilərik?42:56 - Cahillik nədir?45:50 - Nobel ala biləcəyik?46:53 - İnsan kimdir?49:17 - Kitabxanaya necə başladınız?50:23 - Mütləq oxumalı olduğumuz 3 kitab51:26 - Şərqin inanclarına fəlsəfə demək olarmı?54:15 - İslam aləminin elmi inkişafı nə zaman dayandı?01:01:38 - İlber Ortaylı ilə anlaşa bilmədiyiniz bir mövzu olurmu?01:03:11 - Size etki eden tarihler oldumu?01:04:06 - Fəlsəfə indi nə ilə məşğul olmalıdır?01:05:38 - Rusiyaya qarşı simpatiyanızın səbəbi nədir?01:09:21 - Varlı olmayanlar necə elm öyrənəcək?01:11:47 - Amerika, yoxsa Avropa təhsili?01:12:55 - Cahillik xoşbəxtlikdirmi?01:14:14 - Cəlal Şəngör hansı musiqiləri dinləyir?01:14:40 - 20-ci əsrdə dahilər dahamı az yetişdi?01:16:28 - Hansı tarixi şəxsiyyətin olmamasını istərdiniz?01:17:12 - Təşəkkür və sağollaşma01:18:23 - Outro
3/9/20221 hour, 18 minutes, 42 seconds
Episode Artwork

Qadınların startapda iştirakı | Nəzrin Quluzadə | Azərbaycanda qadın #2

Bu dəfə #AzərbaycandaQadın rubrikasında Nəzrin Quluzadə ilə qadınların startaplarda iştirakından danışdıq. "Azərbaycanda Qadın" playlistinin sponsoru #Aura-ya bu mövzuda dəstək verdiyinə görə təşəkkür edirik.
3/8/20221 hour, 8 seconds
Episode Artwork

Zərdabi niyə dahidir? | "Əkinçi" qəzeti niyə yarandı? | Söhbətgah

#Niyədahidir buraxılışının ilk sayı Həsən Bəy Zərdabiyə həsr edilib. XIX əsr Azərbaycan mühiti, Əkinçi qəzetinin yaranması, Zərdabinin fədakarlığı haqqında bu buraxılışdan yeni məsələlərdən xali olacağınıza ümid edirik. Bu cür videoların çox olması, daha çox insana çatması üçün patronumuz olmağınız çox önəmlidir. Sizin sayənizdə daha çox insanın maariflənməsi üçün daha çox video çəkək deyə dəstəyinizi əsirgəməyin.
3/8/20221 hour, 21 seconds
Episode Artwork

Şəxsi inkişaf nədir? | Biz niyə geri qalmışıq? | Söhbətgah | Münasibət

Dj.Tural və Əli Xəyyam bu dəfə şəxsi inkişafdan söhbət açdılar. Şəxsi inkişaf nədir? Şəxsi inkişaf planı necə qurulmalıdır? Şəxsi inkişaf kitabları lazımdırmı? Bizi geri salan amillər hansılardır?
3/3/20222 hours, 24 minutes, 31 seconds
Episode Artwork

Startapı necə qurmaq lazımdır? | Taleh Kərimli | Söhbətgah

Bu dəfə 0-dan startap qurub onu daha baha qiymətə satmaqdan danışırıq. Tural Yusifov və Ali Khayyam-ın #Söhbətgah-da qonağı bu işdə ilki edən #Nextsale startapının həmtəsisçisi və məhsul dizayneri Taleh Kərimlidir.Startap qurmaq üçün nədən başlamaq lazımdır? Komanda necə qurulur? İnvestoru necə tapmaq olar? Bütün bu suallara cavab tapacaqsınız.
2/22/20221 hour, 1 minute, 8 seconds
Episode Artwork

Maliyyənin idarə edilməsi | Nə ilə məşğul olmalıyıq? | Uğur nədir? | Qafar Demirçi

Bu dəfə sahibkar Qafar Demirçi ilə bir çox suallara cavab tapmağa çalışdıq. Biznes, sahibkarlıq, maliyyənin idarə edilməsi, bir az tarix və uğurun sirləri haqqında.
2/16/20221 hour, 46 minutes, 5 seconds
Episode Artwork

Niyə hobbimiz yoxdur? | Hobbi nədir? | Özümüzü necə məşğul edək?

Ali Khayyam və Dj.Tural növbəti "Münasibət"də hobbilərdən danışdılar. Əslində mövzu başqa yerlərə də gedib çıxır. Təhsil, tərbiyə və s. Bəzi hallarda hobbinin olmaması insanlara mənasız işlərlə məşğul olmaq şəraiti yaradır. Bəs sizin hobbiniz nədir?
2/11/20221 hour, 19 minutes, 28 seconds
Episode Artwork

Təkamül nədir? | Viruslar dünyanı necə ələ keçirdir? | Korona öncədən bilinirdi | Söhbətgah

Ali Khayyam və Dj.Tural molekulyar mikrobioloq, genetik Araz Zeyniyevlə #təkamül-dən, #virus-lardan və #covid-dən danışdılar. Bu maraqlı söhbəti izləyin və kanalımızın patronu olun. Siz bizə patronluq etdikcə başqaları da daha çox belə məzmun izləmək imkanı əldə edir. Şərhlərdə fikirlərinizi yazın.
2/8/20221 hour, 31 minutes, 25 seconds
Episode Artwork

Qadın Sahibkar | Azərbaycanda Qadın | Elnarə Naxmedova | Söhbətgah

Bu dəfə qonağımız Beauttech gözəllik şəbəkələrinin sahibi Elnarə Naxmedova ilə Azərbaycanda qadın sahibkar olmaqdan, biznes mühitindən və çətinliklərindən danışdıq. Sahibkar öz övladını necə böyütməlidir, ona nələr aşılamalıdır? Dj.Tural və Ali Khayyam Elnarə xanımın əsas iş prinsiplərindən söhbət açdılar.
2/8/20221 hour, 4 minutes, 54 seconds
Episode Artwork

Rəqəmsal həyat | Toksik insanlar | Zəhərli profillər | Münasibət #13

Celal Şengör hocayla müsahibədən çıxıb "Münasibət"i yazdıq, çox yorğunuq, səsimizə görə üzrlü hesab edin🙂 Bu dəfə rəqəmsalda davranışlardan, zamanı idarə etməkdən danışdıq. İnternetdəki toksik insanlardan, mənasız və zəhərli şərhlərindən danışdıq.
2/8/20221 hour, 30 minutes, 24 seconds
Episode Artwork

Fəlsəfə nədir? | Niyə fəlsəfə oxumalıyıq? | Azərbaycan fəlsəfəsi varmı? | Söhbətgah S2E3

Bu dəfə Tural Yusifov və Ali Khayyam fəlsəfədən söhbət etdilər. Qonaqları fəlsəfə elmləri doktoru Anar Cəfərov oldu. Fəlsəfə nədir? Filosoflar kimlərdir? Kim filosof ola bilər? Yaradılışın fəlsəfəsi nədir? və s. bu kimi suallara cavab axtarmağa çalışdılar.Bu və bu kimi buraxılışlara dəstək olmaq üçün Patreon hesabımızdan bizə dəstək olun.Videonu bəyənməyi və kanalımıza abunə olub xəbərdarlıq düyməsini də sıxmağı unutmayın ki, videolarımız daha çox izləyicinin qarşısına çıxsın.
1/23/20221 hour, 14 minutes, 36 seconds
Episode Artwork

Mədəniyyət nədir? | Dialoq mədəniyyəti | Din, tarix və mentalitet | Münasibət #12

Bu dəfə Dj tural və Ali Khayyam mədəniyyət, dialoq mədəniyyəti, din, tarix və mentalitetə öz münasibətlərini bildirdilər. Avropalılar həqiqətən də insan haqlarına nümunədirmi? Elm və mədəniyyət arasında necə bir bağlantı var?
1/21/20221 hour, 46 minutes, 36 seconds
Episode Artwork

Korporativ mədəniyyət nədir? | Elşən Bədirxanov | Söhbətgah

Dj Tural və Əli Xəyyamın qonağı biznes məsləhətçi Elşən Bədirxanov Söhbətgahda korporativ mədəniyyətdən danışdı. Niyə bizim şirkətlərdə korporativ mədəniyyət zəifdir? Bu mədəniyyəti yaratmaq üçün biznesmenlər nə etməlidirlər? Niyə yaponlarda alınır, bizdə yox?
1/16/20221 hour, 23 minutes, 56 seconds
Episode Artwork

Cəhalət nədir? | Kimə cahil demək olar? | Münasibət #11

Cəhalət nədir? Kimə axmaq, kimə cahil demək olar? Niyə cahil qaldıq? Get-gedə axmaqlaşırıqmı? Bu dəfə Dj. Tural və Ali Khayyam bu suallara öz münasibətlərini bildirdilər.
1/12/20221 hour, 10 minutes, 28 seconds
Episode Artwork

Orxan Aslanov | Niyə səyahət etməliyik? | Azərbaycanda turizm | Söhbətgah

Bu dəfə Əli Xəyyam və Tural Yusifov qonaqları fotoqraf və səyahətçi Orxan Aslanovla turizmdən, həyatının 0 nöqtəsindən və fotoqrafiyadan danışdılar💚💙
1/9/20221 hour, 15 minutes, 12 seconds
Episode Artwork

Yoqa nədir? | Yoqa fəlsəfəsi | Yoqanın faydaları | Söhbətgah

💡Yeni buraxılış artıq yayımda!Bu dəfə @dj.tural və @alikhayyam-ın qonağı yoqa masteri @lagoayogabaku oldu. Yoqa nədir? Yoqa fəlsəfəsi və onun faydaları haqqında danışdılar.Bu söhbət haqqında siz də fikirlərinizi şərhlərdə yaza bilərsiniz💙💚
12/26/20211 hour, 7 minutes, 23 seconds
Episode Artwork

Millətçilik nədir? | Türkçülük, yoxsa Azərbaycançılıq? | Münasibət #10

Bu dəfə Dj Tural və Əli Xəyyam millətçilik haqqında danışdılar. Bizə millətçilik lazımdırmı? Türkçü olmalıyıq, yoxsa Azərbaycançı?
12/23/20211 hour, 32 minutes, 25 seconds
Episode Artwork

Taleh Yüzbəyov | Azərbaycan kinosu | "Zəhər Tuluğu" niyə filmə çevrildi? | Söhbətgah

Bu dəfə Əli Xəyyam və Dj Turalın qonağı zəhər tuluğu Taleh Yüzbəyov oldu. Azərbaycan kinosu, reallıqlar, kinoya xərclənən dövlət pulları, "Zəhər Tuluğu"-nun filmə çevrilmə hekayəsindən danışdılar💙💚
12/19/20211 hour, 35 minutes, 4 seconds
Episode Artwork

🎙Radio döyər, yoxsa podkast? | Dj Fateh niyə gülmür? | Söhbətgah

Bu dəfə Dj Tural və Ali Khayyam-ın qonağı Dj Fatehdir. Fatehin bir neçə işlə eyni anda məşğul olması, niyə podkast etmədiyi və radio, televiziyanın indiki vəziyyətindən söhbət etdik.
12/12/20211 hour, 41 minutes, 3 seconds
Episode Artwork

Sevgi nədir? | Eyni anda bir neçə nəfəri sevmək mümkündürmü? | Söhbətgah | Münasibət

Bu dəfə @dj.tural və @alikhayyam sevgiyə öz #münasibət-lərini bildirdilər. Sevgi nədir? Onun hansı mərhələləri var? Sevgidə bağışlamaq mümkündürmü? Sevginin geopolitikası, ölkələrə görə paylanması və vətən sevgisindən danışdılar.💡Siz də öz fikirlərini şərhlərdə bildirin.Bu arada, @unitedcoffeebeans "Münasibət"-in kofe tərəfdaşıdır💚💙
12/9/20211 hour, 14 minutes, 28 seconds
Episode Artwork

⭕️18+ Seks nədir? | Seksual narahatlıq psixologiyaya təsir edirmi? | Nəyi düz etmirik? | Söhbətgah

Bu dəfə @dj.tural və @alikhayyam seksdən danışdılar. Seksin psixologiyaya təsiri, münasibətlərdə seksin rolu, partnyorların bir-birilə etdikləri səhvlərdən @sadigovashabnam ilə söhbət açdılar.
12/6/20211 hour, 11 minutes, 35 seconds
Episode Artwork

⏰ Zaman nədir? | Zamanın idarə edilməsi | Azərbaycanda zaman necə çalışır? | Söhbətgah | Münasibət

Bu dəfə zamandan danışdıq. Zaman nədir? Zamanı necə faydalı keçirməliyik? Tural Yusifov öz qaydalarından danışır. Ali Khayyam isə zamanını necə böldüyünü ətraflı izah edir. Bəs ölkələr arasında zaman anlayışı necə dəyişir? Bütün suallara bu buraxılışda cavab tapa bilərsiniz.
12/2/20211 hour, 30 minutes, 33 seconds
Episode Artwork

Keçmişdə aldığımız travmaların indiki qərarlarımıza təsiri | Aysel Allahverdiyeva | Söhbətgah

Bu dəfə "Söhbətgah"da uşaqlıq travmalarının indi verdiyimiz qərarlara təsirindən söhbət açdıq. Bu mövzuda qonağımız @paar.la Instagram səhifəsinin müəllifi və #thetahealing praktikası ilə məşğul olan Aysel Allahverdiyeva oldu.Theta healing nədir? Nələr uşaqlıq travmaları hesab edilə bilər? Bu travmalardan necə qurtulmaq olar? Bu kimi sualların cavabını bu buraxılışdan tapacağınıza əminəm. Çox sehrli bir buraxılış alınıb.Fikirlərinizi şərhlərdə yazın. Hansı uşaqlıq travmalarınız olub? Bu gün bu travmalar sizə necə mane olur? Bu barədə yazın.
11/28/20211 hour, 16 minutes, 2 seconds
Episode Artwork

⭕️ 18+ | Söhbətgah | Namus nədir? | Kişi və qadın dost ola bilərmi? Münasibət #7

Bu dəfə "Münasibət"də namusdan və kişi qadın dostluğundan danışdıq. Bəs sizin üçün namus anlayışı nədir? Kişi və qadın dostluğu mümkündürmü?
11/25/20211 hour, 29 minutes, 34 seconds
Episode Artwork

Söhbətgah | Niyə bəzi xalqlar varlı, digərləri kasıbdır? | Sakit Səmədov

Bu dəfə @Söhbətgah-da qonağımız iqtisadçı Sakit Səmədov-dur. Onunla biznesdən, sahibkar kimi düşünməkdən, iqtisadi nizam-intizamdan, bəzi xalqların niyə varlı, digərlərinin niyə kasıb olmasından danışdıq. Şərhlərdə fikirlərinizi mütləq bölüşün və kanalımıza abunə olmağı, paylaşmağı, hər kəsə tövsiyə etməyi unutmayın.Söhbətgahın sevimli patronu Kamil Niftalieve xüsusi təşəkkürlər. Patronlarımız Joshgun Najafov, Faiq Hacıbalayev, Möhtəşəm Möhtəşəm və Rashad Karimova minnətdarıq💙💚
11/21/20211 hour, 21 minutes, 26 seconds
Episode Artwork

Mütaliə etmək | Niyə kitab oxumalıyıq? | Hansı kitabları mütləq oxumalıyıq? | Münasibət #6

Bu dəfə kitab oxumaqdan, mütaliədən danışdıq. Niyə kitab oxumalıyıq? Hansı kitabları mütləq oxumalıyıq? Uşaqlara kitabı necə sevdirməli? Bədii ədəbiyyat, yoxsa elmi-kütləvi kitablar?
11/17/20211 hour, 22 minutes, 44 seconds
Episode Artwork

Sağlam qidalanmaq nədir? | Sağlam yaşamaq haqqında həkim-dietoloq Tutu Zeynalova | Söhbətgah

Bu dəfə Söhbətgah-da sağlam qidalanmadan danışdıq. Həkim-dietoloq #TutuZeynalova doğru formada arıqlamağın üsullarından danışdı. Sağlam qidalanmaq nədir? Yeyərək arıqlamaq mümkündürmü? Çörək yemək lazımdırmı? Bu və ya digər suallarımıza cavab tapa bildik.Kanalımızı bəyənin və dostlarınıza tövsiyə edin.Bizə Patreon-dan dəstək olaraq özəl kontentlər əldə edə bilərsiniz: https://www.patreon.com/sohbatgah
11/14/20211 hour, 19 minutes, 46 seconds
Episode Artwork

Tərbiyə nədir? | Uşaqlara necə tərbiyə verməliyik? | Söhbətgah | Münasibət #5

Bu gün Söhbətgahda Ali Khayyam və Dj. Tural #Tərbiyə-dən, #əxlaq-dan danışıb ona #Münasibət-lərini bildirdilər. Uşaqlarımızı necə tərbiyə etməliyik? Araşdırmaçı uşaq, uşaqlıq travmaları, kitabların tərbiyədə rolu, tərbiyədə rol model kim ola bilər? Bu suallar ətrafında fikir mübadiləsi apardılar.Söhbətdə adı keçən kitablar və müəllifləri: Stiv Biddalf "Oğlan uşağı nədir"Yanuş Korçak "Kral Matiuş"Yanuş Korçak "Uşağı necə sevməli"
11/11/20211 hour, 12 minutes, 28 seconds
Episode Artwork

Nə var, nə yox? #2 | Onlayn rəssamlıq kursu | Söhbətgah

Bu dəfə #NəvarNəyox-da onlayn rəssamlıq kursundan danışırıq. Ləman xanım öz dərslərini rəqəmsala daşıyıb. Siz də bu kurslardan faydalana bilərsiniz.Kursa keçid: https://projectlyschool.com/granaty
11/9/202123 minutes, 37 seconds
Episode Artwork

Özgür Baykut | Z nəsli və rəqəmsal həyat | Söhbətgah

Bu dəfə qonağımız Türkiyədən gəlib - Özgür Baykut. Onunla həyatdan, rəqəmsallaşmadan, Z nəslindən danışdıq.Özgür Baykutun kitabları: "40", "Artırılmış deneyim çağı", "Tanrının oyunu". Söhbətimizlə bağlı münasibətinizi şərhlərdə bölüşə bilərsiniz.
11/8/20211 hour, 14 minutes, 1 second
Episode Artwork

Linç etmək | İnsanların düşüncəsinə görə təklənməsi | Söhbətgah | Münasibət #4

Bu dəfə #Söhbətgah-da linçləmə, insanların düşüncəsinə görə təkləməkdən danışırıq. #CancelCulture son 4 ilin kəşfidir. Bir şəxsin etdiklərinə görə (pis və ya yaxşı fərq etməz) insanların onu təkləməsi, linç etməsi, ləğv etməsi və ya imtina etməsidir. İnsanlar niyə belə amansızdırlar? Bir-birinin yazdığını lağlağıya qoymaq, ələ salmaq və ya digərlərinin hisslərilə oynamaq niyə yarandı?Siz də öz fikirlərinizi bölüşə bilərsiniz. #Münasibət
11/4/20211 hour, 33 minutes, 42 seconds
Episode Artwork

Bizdə və onlarda kino | Amerikada oxumuş aktrisa Gulie Shannon | Söhbətgah

Bu dəfə #Söhbətgah-da #kino-dan danışırıq. Gülşən Salamlı Los-Angeles Kino Akademiyasının məzunudur, həm də ingilis dilində şeirlər yazır. Onunla ABŞ-a getməsindən, kino sənayesindən və şeirlərdən danışdıq. Bu videonu biz studiyamızın təmirindən öncə yazmışıq. Səs və görüntünü üzrlü sayın😊Şərhlərdə sevdiyiniz kinoların adını yazın. Baxmadıqlarımızı izləyək.
10/31/20211 hour, 37 minutes, 36 seconds
Episode Artwork

Tənhalıq, yoxsa təklik? | Biz əslində təkikmi? | Söhbətgah | Münasibət #3

Bu gün #Münasibət -də #tənhalıq -dan danışdıq. Tənhalıq nədir? Tərk edilmişlik duyğusu, yoxsa zirvədə təklikdir? Tənha insan güclü ola bilərmi? Biz əslində təkikmi? Bütün bunlar haqqında #Söhbətgah -da söhbətləşdik.Siz də tənhalıq haqqında fikirlərinizi yazın. Müəlliflərlə razılaşmadığınız və özünüzün başa düşdüyünüz tərzdə tənhalıqdan danışın. Bütün şərhləri oxuyuruq.
10/27/20211 hour, 25 minutes, 33 seconds
Episode Artwork

Hansı idman yaxşıdır? | Hansı idman qidaları qəbul edilməlidir? | Zeynal Zeynalov

Bu dəfə #Söhbətgah-da idmandan danışdıq. #Crossfit məşqçisi Zeynal Zeynalova çoxlu sualımız oldu. Hansı idman qidaları qəbul edilməlidir? Niyə hoppanmalı və niyə qaçmalıyıq? Niyə idmançılar dindar olur? Arıqlamaq üçün nə etmək lazımdır?
10/24/20211 hour, 15 minutes
Episode Artwork

Vicdan nədir? İçimizdəki səsi nə zaman eşidirik?

Vicdan nədir? İçimizdəki səsi nə zaman eşidirik? Vicdan emosionaldır, yoxsa rasional? Fəlsəfədə bunun cavabı varmı? Bütün bu suallar ətrafındakı müzakirədə siz də iştirak edin. Düşüncələrinizi şərhlərdə bildirin, yazın. Sizin üçün vicdan nədir?
10/21/20211 hour, 24 minutes, 44 seconds
Episode Artwork

Azərbaycanda işsizlikdir, yoxsa işçisizlik? | İxtisas necə seçilməlidir? | CV yazılması | Söhbətgah

Bu dəfə #Söhbətgah-da qonağımız Toğrul Ələkbərlə #ixtisasseçimi, #CVnecəyazılmalıdır, bizdə işsizlikdir, yoxsa işçisizlik mövzusunda söhbət etdik. İş necə axtarılmalıdır, ixtisas seçimi edərkən nələrə diqqət etmək lazımdır və s. suallarının cavabını bu podkastda tapa bilərsiniz. Videoya şərh yazmağı və bölüşməyi unutmayın. Sizcə, bizdə işsizlikdir, yoxsa işçisizlik?
10/17/20211 hour, 18 minutes, 33 seconds
Episode Artwork

Rəsul Həsən-in yeni kitabı | Söhbətgah | Nə var, nə yox?

#Söhbətgah kanalımızda daha bir kiçik rubrika - #NəvarNəyox rubrikası. Bu rubrikada biz ölkədə çıxan yeni kitablar, dərgilər, musiqi reliz və albomlar, podkastlar və kinolar haqqında danışırıq.İlk qonağımız qrafik dizayner Rəsul Həsən-dir. Onun "Qrafik dizaynın əsasları" və "Bir brendin hekayəsi" kitabı çapdan çıxıb. Rəsulla bu kitab haqqında və ümumiyyətlə dizayn haqında bir balaca söhbət etdik.
10/13/202125 minutes, 26 seconds
Episode Artwork

Söhbətgah - Foreks nədir? | Pul qazanmağın yolları | Dövlətin və vətəndaşın kreditləri | Bitcoin

Bu dəfə #Söhbətgah-da #pul-dan danışırıq. Pulun idarə edilməsi, varlılar necə varlanır, kredit nədir və dövlətlər niyə borclanır, foreks və qiymətli kağızlar birjası, #bitcoin niyə bahadır kimi suallara cavab axtardıq. Maliyyə məsləhətçisi Orxan Bağırov bizə pulun sirrini açdı. Şərhləriniz, paylaşmağınız və bəyənmələrinizlə bizə dəstək olsanız sevinərik.
10/10/20211 hour, 50 minutes, 47 seconds
Episode Artwork

Söhbətgah - Münasibət - İnanc nədir? Niyə inanmaq lazımdır? İslam Fəlsəfəsi

#Söhbətgah-dakı söhbətləri artırmaq qərarına gəldik. Qonaqlı söhbətlərimizdən savayı ətrafda olanlara, həyata, baş verənlərə və fəlsəfəyə münasibətimizi bildirəcəyik.İlk söhbətimiz inancla bağlı oldu. İnanc nədir? Niyə inanmaq lazımdır? İslam Fəlsəfəsi haqqında danışırıq. Bu sizi bizi daha yaxından tanımaq imkanı verəcək. Siz də danışdıqlarımızla bağlı fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz."Münasibət"-lə bağlı fikirləriniz çox maraqlı olardı. Bu cür formatda davam edəkmi?
10/7/20211 hour, 27 minutes, 30 seconds
Episode Artwork

Söhbətgah - Nə zaman öləcəyimizi bilmək mümkündür, genetik test

Bu dəfə #söhbətgah-da sitogenetika bioloqu Vüsalə Əliyeva ilə genimizdən danışmışıq. Genetik testlər bizə nə verir? Genimizdə nələr gizlənib? Nə qədər yaşayacağımızı bilə bilərik? Vaksinlər bizim genimizi dəyişə bilərmi? DNT-də nələr gizlənib?
10/3/20211 hour, 28 minutes, 58 seconds
Episode Artwork

Söhbətgah: Səyahət etmək | Viza almaq | Ərəblər və yağış turizmi

Bu dəfə səyahətdən danışırıq. Haralara vizasız getmək olar? Azərbaycanda gəzməli yer varmı? Ucuz səyahət və ərəb turistlər üçün yağış turizminin təşkili.
9/27/20211 hour, 30 minutes, 8 seconds
Episode Artwork

Söhbətgah: Kofe yoxsa çay, biznes qurmaq, təhsil lazımdır?

Söhbətgahın üçüncü buraxılışında Pərviz Dadaşovla kofedən, çaydan, biznesin qurulmasından, təhsildən və bir çox mövzudan danışdıq.
9/19/20211 hour, 23 minutes, 42 seconds
Episode Artwork

Söhbətgah: Vasif İsmayıl, kişi sağlamlığı, seksual güc, masturbasiya və testosteron

Qonağımız uroloq Vasif İsmayılla birgə bir çox mövzular ətrafında həmsöhbət olduq. Testosteron nədir? Hansı idman növlərinin kişilərə xeyri var? Seksual həyatın azadlığı və düzgünlüyü necə olmalıdır?Instagram: https://www.instagram.com/sohbatgah/
9/12/20211 hour, 35 minutes, 59 seconds
Episode Artwork

Söhbətgah: Depressiyanın əlamətləri, antidepressant, tükənmişlik və onun rəngi

Qonaqlarımız Mələk Kərimova və Şəbnəm Sadıqova ilə birgə depressiyadan, tükənməkdən, sindromlardan və antidepresantlardan danışdıq.Depressiya nədir? Onu necə müalicə etmək olar? Yaxınlarımızı necə qorumalı və ya yardımçı olmalıyıq? Dərmanlar faydalıdırmı?Şəbnəm Sadıqovanın tövsiyələri: Patrick Melrose, Susie Orbach - Terapi odasındaMələk Kərimovanın tövsiyələri: Irvin D. Yalom - Güneşe Bakmak
9/6/20211 hour, 41 minutes, 48 seconds