AvtoStop Fm - AvtoStop radio layihəsinin rəsmi podcast-dır. Hər həftə biz öz kanalımiza qaydaların çox sadə və qısa izahını yerləşdirəcəyik. Bizi mütləq izləyin.
Ağıllı şəhər nədir? | Memar Toğrul Bayramov | AvtoStop
Bu dəfə #AvtoPodkast -da memar Toğrul Bayramov -la #Ağıllışəhər -dən danışdıq. Şəhərlərin avtomobillər üşçün deyil, insanlar üçün olduğu. Şəhər mühitinin insan psixologiyasına təsirini müzakirə etdik.
27/11/2023 • 56 minutes, 57 secondes
Şəhər mobilliyi nədir? | Rauf Ağamirzəyev | AvtoPodkast
Bu dəfə #şəhərmobilliyi , #insanypnümlüşəhərlər və şəhərin tıxac problemi haqqında nəqliyyat eksperti Rauf Ağamirzəyevlə söhbətləşdik. Siz də fikirlərinizi şərhlərdə yazın.
04/11/2023 • 1 heure, 15 minutes, 21 secondes
Yolda etika nədir? | Günel İbrahim | Avtopodkast
Bu dəfə #AvtoStop #Avtopodkast -da etika mütəxəssisi Günel İbrahimlə yolda #etika -dan danışdıq. Yolda nə tərbiyəsizlik hesab edilir? Və bu kimi suallara cavab tapmağa çalışdıq.
Bu dəfə #Avtopodkast -da texniki məsləhətçi Elçin Abbasov-la elektrik avtomobillərindən, onlarda yaranan problemlərdən, yenilənmələri və təmirindən söhbət etdik.
23/09/2023 • 1 heure, 11 minutes, 3 secondes
Hansı yolda aqressiv sürücülər çoxdur | AvtoStop | Podcast edit
Hansı yolda aqressiv sürücülər çoxdur
21/06/2023 • 1 heure, 10 minutes, 42 secondes
Silinən piyada keçidləri | AvtoStop | Podcast edit
Silinən piyada keçidləri
20/06/2023 • 1 heure, 19 minutes, 53 secondes
Suallara cavablar | AvtoStop| Podcast edit
Suallara cavablar | AvtoStop| Podcast edit
14/06/2023 • 1 heure, 15 minutes, 21 secondes
Hansı yolla getsəm daha çox vaxt itirərəm | AvtoStop | Podcast
Hansı yolla getsəm daha çox vaxt itirərəm
09/06/2023 • 1 heure, 15 minutes, 20 secondes
Hansı cəriməni ləğv etdirə bilmisiniz? | AvtoStop | Podcast edition
Hansı cəriməni ləğv etdirə bilmisiniz?
08/06/2023 • 1 heure, 5 minutes, 6 secondes
Hansı qaydanı pozanlara bəraət qazandırmaq olmaz? | AvtoStop |
07/06/2023 • 1 heure, 12 minutes, 14 secondes
Led işıqlar qadağandırmı? | Hansı işıqları quraşdırmaq olmaz? | LED və ksenonlar
Baxmayaraq ki, həm yutub kanalımda ,həm də avtostop.tv saytında led və ksenon işıqlarla bağlı məqalə və videolar var yenə də bu mövzuya qayıtmaq qərarına gəldim. Çünki hansı sosial şəbəkədə olmağımdan asılı olmayarq bu sualı mənə ünvanlayırlar. Led işıqlar olarmı? Hansı led-lər qadağandır? Ksenon olar? Nivaya olar? Bəs 07-yə? Bu suallara cavab verməyə çalışdım.
10/02/2022 • 10 minutes
Elektrik avtomobilləri ilə bağlı 5 mif | Ustası varmı?
Bu dəfə sizə elektrik avtomobilləri ilə bağlı yayılmış 5 mifdən söhbət açacam. Bu avtomobillər təhlükəsizdirmi? Həqiqətən ekolojidirmi? Ustası varmı? elektrik bitəndə nə olur? Nə qədər getmək olar? kimi suallar çox verildiyinə görə bu cür podkasta ehtiyac yarandı.
18/01/2022 • 21 minutes, 19 secondes
Sürücülük vəsiqəsini kim alıb | Azərbaycanda ilk sürücülük vəsiqəsi
Bu dəfə podkastımızda sürücülük vıəsiqəsinin tarixçəsinə toxunuruq.İlk vəsiqənin alan şəxs, Azərbaycanda sürücülük vəsiqəsinin verilmə tarixçəsi və Azərbaycanda sürülən ilk avtomobilin markası.
14/01/2022 • 8 minutes, 56 secondes
BNA nəyin əsasında cərimə yazır? | Dayan və durma qaydalarının pozulmasına görə BNA cərimə yaza bilərmi?
Bu gün dayanma və durmaya görə yazılan cərimələrdən şikayət etməyən yoxdur. Nə hikmətdirsə,DYP-nin deyil, məhz BNA -nın yazdığı cərimələrdən şikayət edirlər. Bəs BNA nəyin əsasında cərimə yazır.
17/11/2021 • 7 minutes, 34 secondes
Nişansız və qaydasız küçə | Ümumi ərazi konspesiyası
Bu dəfə bir küçədə nişanlar və qaydalar olmasa, orada vəziyyət necə ola bilər konspesiyasından danışmışam. "Ümumi ərazi" konsepsiyasına görə küçələrdən hamı bərabər səviyyədə istifadə etməlidir. Piyadalar,avtomobillər və velosipedçilərin hüququ eyni sayılan küçələr nə qədər realdır?
10/11/2021 • 5 minutes, 5 secondes
Sürücülük vəsiqəsinin evdə qalmasına görə cərimə və avtomobilin rənginin vinillə dəyişmək
Bu dəfə sizə avtomobilin rənginin vinillə dəyişdirilməsindən və sürücülük vəsiqəsi evdə qalarkən cərimə yazıla bilərmi ondan danışacam.
26/10/2021 • 4 minutes, 26 secondes
Şəhər mühitinin insanlara təsiri
Bu gün kimi dindirsən o şəhərdə yaşamağı arzu edəcək.Bəs şəhər bizə necə təsir edir? Bu podkastımda sizə şəhər mühitinin insalara psixi təsirindən bəhs edəcəyəm.
18/10/2021 • 6 minutes, 49 secondes
Ərlə arvad etibarnaməsiz bir-birinin avtomobilini idarə edə bilərmi?
Bu gün məndən çox soruşulan bir məsələyə izah vermək istərdim. Ər və arvad bir-birinin avtomobuilini idarə edə bilərmi?
12/10/2021 • 4 minutes, 50 secondes
Avtomobilin qeydiyyatı
Bu dəfə avtomobilin qeydiyyatından danışmaq istədim. Bıziləri oxumaq istəmir və ya eşitdiyini yadında saxlamaq istəmir. Podkast elə bir şeydir ki, daim əlinin altındadır. Avtomobilin qeydiyyatı kalkulyatoru www.avtostop.tv saytında və AvtoStop App-də də var. İstifadə edə bilərsiniz.
03/10/2021 • 9 minutes, 24 secondes
Şəhərə elektromobillər niyə lazımdır?
Bu dəfə şəhər mühiti üçün elektromobillərin əhəmiyyıətindən bəhs edirəm. Səs və hava kirliliyinin qarşısını almaq üçün elektromobillər çıxış yoludurmu?
28/09/2021 • 7 minutes, 40 secondes
Qeydiyyat zamanı texniki baxış və cərimələrin tələb edilməsi
Bu podkastımda sizə avtomobilin qeydiyyatı zamanı tələb edilən texniki baxış və cərimə ödənilməsindən bəhs edəcəyəm. Avtomobilin qeydiyyatı zamanı texniki baxış tələb edilə bilərmi?Avtomobilin qeydiyyatı zamanı hansı cərimənin ödənilməsi tələb edilə bilər? Podkastımıəz paylaşın ki, bir çoxları da bundan xəbər tutsunlar.
15/09/2021 • 10 minutes, 46 secondes
Səs çirkliliyi bizi kar edir
Bu podkastımda sizə səs çirkliliyindən bəhs etmək istərdim. Şəhərin müxtəlif yerlərində mən şəhərdəki səsləri ölçdüm. Şəhərimiz çox səs-küylüdür. Bu səs çirkliliyi bizi kar edir. Mütləq dinləyin və bölüşün.
06/09/2021 • 8 minutes, 10 secondes
Sənin avtimobilin sənin problemindir - Şəhərdə parklanma
Bu dəfə şəhərdə parklanmadan danışırıq. Bir çox əxsər hesab edirlər ki, onlar avtomobil alıblarsa, hər kəs ona bir yer borcludur. Əslində necə olmalıdır? Podkastımızı dinləyib paylaşmağı və şərh yazmağı da unutmayın.
05/05/2021 • 11 minutes, 20 secondes
Avtoxuliqanlıq nədir?
Bu dəfə podkastımızda avtoxuliqanlıqdan danışmışam. Avtoxuliqanlığın yeni tərifi və konkretləşməsi hər manevr edənin avtoxuliqanlıqla ittiham edilməsi ilə nəticələnməyəcək. Mütləq dinləyin və bölüşün.
28/04/2021 • 5 minutes, 19 secondes
Təhlükəli və təhlükəsiz yollar haqqında
Bu dəfə podkastımızda təhlükəli və təhlükəsiz yollardan danışacam. Bir neçə elementə dəyişiklik etməklə biz daha təhlükəsiz yollara, küçələrə sahib ola bilərik.
21/04/2021 • 7 minutes, 47 secondes
Radar melumatları bu cür veriləcək. Yeni qanunun izahı
Bu günlərdə Milli Məclisdə "Yol hərəkəti haqqında" qanun və "İnzibati Xətalar məclləsinə" dəyişikliklər edilir. Bu dəyişikliklərdən biri də radarla bağlı sürücünün məlumatlandırılmasıdır.
14/04/2021 • 6 minutes, 11 secondes
İcbari sığorta ilə bağlı çox vacib suallara cavablar
Bu podkastımızda mən icbari sığorta ilə bağlı ən çox verilən suallara cavab vermişəm. Maraqlıdırsa, mütləq dinləyin. Çünki lazım olacaq.
07/04/2021 • 9 minutes, 21 secondes
Avtobuslar və zolaqlar haqqında podkast
Bu gün bir çoxları avtobuslar üçün çəkilmiş xüsusi zolaqlardan narazılıq edir. Guya ki, tıxac çoxalıb. Bu podkastımda ictimai nəqliyyat şəhər üçün vacibdir və avtobus işləməyəndə zolaqlara daxil olmaq olarmı mövzusunda danışmışam.
30/03/2021 • 11 minutes, 32 secondes
Nə əlavə avadanlıq hesab edilir? Tüninq, vinil, işıqlar, təkərlər və s. haqqında podkast
16/03/2021 • 16 minutes, 13 secondes
Sərxoşluğun müəyyən edilməsi - Sürücünü zaman yoxlamaq olar?
Bu dəfə podkastımızda sərxoşluq qanunla necə müəyən edilməldir ondan danışacağam. Sıra ilə hamını saxlayıb yoxlamaq düzgün deyil. O zaman gərək hər adama müayinə etdiklərinə görə protokol yazalar. İnzibati protokolla qarışdırmayın. Ətraflı podkastımızda.
08/03/2021 • 8 minutes, 4 secondes
Piyadalar üçün şəhərin 5 əsas qaydası - Podkast#1
Bu podkastda piyadalar üçün şəhər mühiti necə olmaldır ondan bəhs edəcəyəm.
01/03/2021 • 8 minutes, 34 secondes
Hansı hallarda geriyə hərəkət qadağandır
Bir çox situasiyalarda avtomobili arxaya vermək qaunla qadağan deyil. Amma elə vəziyyətlər də var ki, sən avtomobili arxa-arxaya idarə etdikdə buna görə ödəniş etməlisən. 60 manat + 3bal.
22/09/2020 • 2 minutes, 53 secondes
Dayanma qadağan edilən yerlərdə YPX sürücünü dayandıra bilər?
Yollarımızda çox geniş yayılmış praktika var. Dayanmaq qadağan edilən yerlərdə belə sürücünü cüzi qayda pozuntusuna görə saxlamaq. Bəs qanunla necə olmalıdır?
15/09/2020 • 2 minutes, 19 secondes
Dərman qutuları və odsöndürənlərdən istifadə qaydası
Halhazırda qüvvədə olan qanuna əsasən ilkin tibbi yardım qutularında müxtəlif dərmanlar olmalıdır. Bu dərmanlar qanaxma əleyhindən savayı, həmçinin bayılma,zəhərlənmə zamanı istifadə edilir. Odsöndürənlərin ölçüsü və tərkibi haqqında da suallar olduğundan bu podkastımız məhz ilkin tibbi yardım qutularına və odsöndürənlərə həsr edilib.